AZ

USAID bütün əməkdaşlarını inzibati qaydada məzuniyyətə göndərir  

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fevralın 8-dən etibarən bütün ölkələrdəki ofislərində çalışan əməkdaşlarını inzibati qaydada məzuniyyətə göndərəcək”.

Parol.az xəbər verir ki, məlumata görə, fəaliyyətini yalnız təşkilatın fəaliyyəti üçün kritik cəhətdən zəruri funksiyaları yerinə yetirən əməkdaşlar, xüsusi proqramların icrasına cavabdeh şəxslər və rəhbərlik işini davam etdirəcək.

Rəsmi açıqlamada həmçinin USAID-in digər ölkələrdəki əməkdaşlarının 30 gün ərzində bu təşkilatın hesabına ABŞ-yə qayıtması təmin ediləcək və bu zaman onların qarşılaşa biləcəyi çətinliklər, eləcə də tibbi, təhsil və digər zəruri ehtiyacları nəzərə alınacaq.

Seçilən
71
10
parol.az

10Mənbələr