“Fənərbağça” qələbə qazandı, tarixi hadisə yaşandı
Bu gün Türkiyə Superliqasının nəhənglərindən “Fənərbağça” üçün tarixi hadisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki, bu, Türkiyə Super Liqasının XXIII tur çərçivəsində səfərdə “Alanyaspor”la baş tutan görüş zamanı baş verib.
Belə ki, matçın 22-ci dəqiqəsində yarımmüdafiəçi Sebastian Şimanski fərqlənib. Bu qol həm də klubun tarixindəki 4 mininci qol olub.
“Sarı-lacivərtlilərin” heyətin yeni transfer Anderson Talişka da 42-ci dəqiqədə qol vurub.