AZ

"Bizim üçün xoşdu ki, "Sumqayıt" bizdən qabaqda olduğu üçün sevinir..."

"Şamaxı" Misli premyer-liqasının evdə keçirilən 22-ci tur matçında "Sumqayıt"ı məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətnuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Azarkeşlərimizə təşəkkür edirəm. Uzun müddətdi ki, qələbə qazanmaq istəyirdik. Önəmli oyun idi. "Sumqayıt"ın son 6 matçda qol vura bilməməsinə baxmayaraq, bilirdik ki, möhkəm komandadı. Bu kollektivdə iki məşqçinin əl işi var. Çətin oyunu geridə qoyduq. Turnir cədvəlindəki vəziyyət gərgindi.

- İlk hissədə rəqib topla daha çox vaxt keçirdi. Bu, taktiki gediş idi, yoxsa "Sumqayıt" sizi buna məcbur etdi?
- "Sumqayıt"ın imkan olan kimi hücum edən komanda olduğunu bilirik. Birinci hissədə onlar bizə imkan vermədilər. Bu üzdən, futbolçularım soyuqqanlı davrana bilmədi. Fasilədə oyunçulara bəzi şeyləri izah etdik. Premyer-liqada bir komandadan başqa heç kim əvvəldən sona qədər eyni tempdə oynaya bilmir.

- Vaqif Cavadov "Şamaxı"nın qələbəni xüsusi qeyd etməsindən danışdı və dedi ki, hələ bizi keçməyiblər...
- Vaqif gənc məşqçidi.Mən "Sumqayıt"da olanda orda - akademiyada çalışırdı. Həmişə deyirdim ki, Vaqifdə böyük postensial var. Sevinməyimizin səbəbi qıcıq vermək deyildi. "Sumqayıt"da bizi məğlub edəndə sevinir. Hələ mövsümü kimin öndə bitirəcəyi bilinmir. "Sumqayıt" çempionluq uğrunda mübarizə aparacaq komandadı. Bizimlə rəqabət aparmamalıdılar. Bizim üçün xoşdu ki, "Sumqayıt" bizdən qabaqda olduğu üçün sevinir...

KƏNAN BAHADIR

Seçilən
72
football-plus.az

1Mənbələr