Amerikalı milyarder İlon Mask ABŞ-nin “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib.
APA xəbər verir ki, bu haqda “X” hesabında yazan Mask bu radiostansiyalara heç kim qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib.
"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır", - deyə o bildirib.
Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, dəli radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.
Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.