AZ

İlon Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamağa çağırıb

Bakı. TurkicWorld:

Amerikalı milyarder İlon Mask ABŞ-nin “Amerikanın Səsi” və “Azadlıq Radiosu” radiostansiyalarını bağlamağa çağırıb.

TurkicWorld xəbər verir ki, Mask, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Riçard Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.

"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır", - deyə Mask bildirib.

Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, radikal solçular idarə edir.

Qrenell “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib.

Seçilən
36
50
turkic.world

10Mənbələr