AZ

Goranboyda ağır qəza: Ölən və yaralananlar var

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Pikap” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir neçə nəfər yaralanıb.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

KONKRET.az

Seçilən
9
2
konkret.az

4Mənbələr