AZ

Atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək edib - BMT

Bakı. Trend

İsrail və HƏMAS arasında əldə olunan atəşkəs Qəzza zolağındaaclığın qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verib, lakinbölgədə humanitar vəziyyət mürəkkəb olaraq qalır.

Trend xəbər verirki, bunu BMT-nin fövqəladə yardım koordinatoru və HumanitarMəsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri Tom Fletçerİsrail və Qəzza zolağına iki günlük səfərindən sonra "AssociatedPress"ə müsahibəsində bildirib.

"Düşünürəm ki, aclıq təhlükəsi böyük ölçüdə aradan qaldırılıb.Atəşkəsdən əvvəlki dövrlə müqayisədə qida çatışmazlığı dahaaşağıdır", – deyə o qeyd edib.

Bununla belə, Fletçer vurğulayıb ki, Qəzzadakı vəziyyət hələ dəacınacaqlıdır və bölgə sakinləri ciddi humanitar böhranlaüzləşirlər. "Əgər atəşkəs pozularsa, aclıq tezliklə geriqayıdacaq", – o əlavə edib.

BMT rəsmisi İsrail və HƏMAS-ı atəşkəs şərtlərinə əməl etməyəçağırıb və Qəzza əhalisinin daha çox ərzaq, dərman, çadır vəsığınacağa ehtiyacı olduğunu bildirib. O, həmçinin anklavdayoluxucu xəstəliklərin yayılma riskinin artdığını qeyd edib.

Qeyd edək ki, razılaşmaya əsasən, İsrail gündə 600 humanitaryardım yüklü maşının Qəzzaya daxil olmasına icazə verib. BMT-ninhesablamalarına görə, atəşkəsin qüvvəyə minməsindən bu günə qədəranklava 12 min yük maşını göndərilib.

Seçilən
34
17
az.trend.az

10Mənbələr