AZ

11 yaşlı hemataloji xəstənin müavinəti niyə dayandırılıb? VİDEO

Əlilliyə görə aldığı müavinət dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, Surə Məmmədzadənin 11 yaşı var. Valideyni Badisəba Məmmmədova iddia edir ki, qızına 2019-cu ildə leykoz diaqnozu qoyulub və 2 il müddətinə 1-ci qrup əlillik təyin edilib. Lakin ötən ilin sentyabrında təyin olunan həmin müavinət dayandırılıb.

Valideyn yaranan vəziyyətin övladının sağlamlıq durumuna və sosial rifahına ciddi təsir etdiyini vurğulayır. Qeyd edir ki, uşağın stasionar müalicə alması ilə bağlı aidiyyəti qurumun tələbi bu cür xəstələr üçün düzgün yanaşma deyil.

Valideynin şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinə müraciət etdik. Agentlikdən “Xəzər Xəbər”ə bildirildi ki, uşağın hazırki sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, tam klinik hematoloji remissiya dövründə olan hematoloji xəstələrin stasionar müalicəyə ehtiyacı olmur və onlar yalnız 5 il müddətində hematoloqun müşahidəsində olurlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
xezerxeber.az

1Mənbələr