“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Amu TV” məlumat yayıb.
Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.
Qeyd edək ki,bu “Taliban”ın ölkələrindəki BMT nümayəndələrinə qarşı gördüyü ilk tədbirlər deyil. Belə ki, 2023-cü ilin aprelində qadınların təşkilatda işləməsini qadağan ediblər.