AZ

Türk Qızıl Aypara Cəmiyyəti Suriyadakı çərkəz ailələrinə qış yardımı paylayıb

Türk Qızıl Aypara Cəmiyyəti Suriyanın paytaxtı Dəməşq və Quneytra əyalətində yaşayan 1250 ailəyə qış yardımı göndərib.

İki sahil” xəbər verir ki, Türk Qızıl Aypara Cəmiyyəti paytaxt Dəməşqin Kudseyya məhəlləsində yardım proqramı təşkil edib.

Proqramda Türkiyənin Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili, səfir Burhan Köroğlu iştirak edib.

Səfir Koroğlu Dəməşqdə çərkəzlərin yaşadığı məhəllədə yardım işlərinə başlanıldığını bildirib.

Ehtiyacı olan çərkəzlərə qış yardımı edildiyini ifadə edən Köroğlu, "Suriyanın hər yerində yardım etdiyimiz nöqtələrdən biri də çərkəzlərin yaşadığı Küdseyya məhəlləsidir. Burada 600-ə yaxın ərzaq və ədyal paylandı. Yardımlarımız bu çərçivədə davam edəcək", - deyib.

Türk Qızıl Aypara Cəmiyyətinin Suriya Nümayəndəliyinin rəhbəri Ferhat Sürmeli isə 750-nin çərkəzlərin yaşadığı Quneytra vilayətinin Selam rayonunda, 500-nün isə paytaxt Dəməşqin Küdseyya məhəlləsində paylanıldığını, ümumilikdə 1250 ərzaq bağlaması və ədyal təmin etdiklərini bildirib.

Yardımın bölgədəki yerli ehtiyacları qarşılamaq məqsədi daşıdığını ifadə edən Sürmeli, Türk Qızıl Aypara Cəmiyyətinin, xüsusilə çətin vəziyyətdə olan ailələrə dəstək vermək üçün işlərini davam etdirəcəyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
26
13
ikisahil.az

10Mənbələr