AZ

Cəlilabadda körpü qəzalı vəziyyətdə:AVTOMOBİLLƏRƏ ZİYAN DƏYDİ

Son günlər leysan yağışların yağması Cəlilabad rayonunda da fəsadsız ötüşməyib.

 

Xəzər TV-nin məlumatına görə, rayonun Vənlik kəndində çaya gələn sel körpünü yararsız vəziyyətə salıb.

 

Bununla da Vənlik kəndi ilə yanaşı, daha iki kəndin rayon mərkəzinə çıxışında çətinliklər yaranıb.

 

Sakinlərin bildirdiyinə görə, körpü müvəqqəti bərpa olunsa da, qəzalı vəziyyətə düşüb. Hazırda avtomobillərin hərəkəti bərpa edilib, lakin körpünün yenidən inşasına ehtiyac var.

 

Məsələ ilə bağlı məsul qurumdan bildiriblər ki, son güclü yağışdan sonra Vənlik kənd körpüsü qəzalı vəziyyətə düşdüyü üçün yaxın vaxtlarda körpünün yenidən qurulması nəzərədə tutulub.

 

Ətraflı süjetdə:


Seçilən
76
8
senzor.az

10Mənbələr