AZ

Tramp fevralın 9-nu Amerika Körfəzi Günü elan edib

Vaşinqton, 10 fevral, AZƏRTAC

ABŞ Prezident Donald Tramp 9 fevral tarixinin Amerika Körfəzi Günü elan edilməsinə dair bəyannamə imzalayıb. AZƏRTAC-ın məlumatına görə o, yeni Amerika Körfəzi adlandırılan Meksika körfəzi üzərindən uçarkən təyyarədə bəyannaməyə imza atıb.

Pilot daha sonra səsgücləndirici vasitəsilə tarixdə ilk dəfə bu yaxınlarda adı dəyişdirilmiş Amerika Körfəzi üzərindən uçduqlarını elan edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
45
5
azertag.az

7Mənbələr