İran hərbi qüvvələri, lazım gəldikdə Hörmüz boğazını bağlamağa hazır olduqlarını bəyan ediblər.
Publika.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasda jurnalistlərə açıqlamasında bildirib.
Tanqsiri, “Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya bilərik. Lakin biz özümüz boğazdan istifadə etdiyimiz müddətdə bunu etməyəcəyik”, – deyib.
Komandan, ABŞ-ın İran neftinin ixracını dayandırma məqsədinə nail olamayacağını vurğulayıb və Tehranın əsas məqsədinin regional sabitliyi qorumaq və İran nefti və qazının təhlükəsiz ixracını təmin etmək olduğunu bildirib.