Bakı. Trend:
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərinipozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digərmaddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi bugün davam edəcək.
Trend xəbər verirki, ötən iclasda ittiham aktının nəticəvi hissəsi elam edilməyəbaşlayıb.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, növbətiprosesdə ittiham aktının elan olunmasının davam etdiriləcəyibildirilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma), 318-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digərmaddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittihamolunur.