Şri-Lankada meymun transformatora girərək 22 milyonluq ada ölkəsini qaranlığa qərq edib.
Cənubi Asiya ölkəsi Şri-Lankada baş verən qəribə hadisə bütün ölkəni əhatə edən kütləvi elektrik enerjisinin kəsilməsinə səbəb olub. Hökumət rəsmiləri bildiriblər ki, bazar günü bir meymun elektrik şəbəkəsi stansiyasına girərək bütün adada elektrik kəsilməsinə səbəb olub.
Qəza yerli vaxtla saat 11:30 radələrində baş verib və elektrik enerjisi üç saatdan sonra tam bərpa olunub.
Səlahiyyətlilər bu hadisədən sonra elektrik infrastrukturunun daha təhlükəsiz olması üçün tədbirlər görməyi planlaşdırdıqlarını bildiriblər...
Oxuməni.az