AZ

Xırdalandakı faciəvi qəzaya külək səbəb olubmuş

Xəbər verdiyimiz kimi, fevralın 8-də Xırdalanda 517 nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı avtobus piyadanı vurub.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə,  ilkin araşdırmalarla hadisənin küləyin təsiri nəticəsində baş verdiyi müəyyənləşib.

Belə ki, həmin gün müşahidə edilən güclü külək səki ilə hərəkət edən 1957-ci il təvəllüdlü piyada Əsgərov Cavanşir İlyas oğlunun yıxılmasına səbəb olub.

Nəticədə səkidən yolun hərəkət hissəsinə yıxılan şəxsin başı avtobusun təkəri altına düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
13
12
heftelik.az

10Mənbələr