Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində fəxri kürsüyə qalxıblar.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə bürünc medala layiq görülüblər.
Onlar yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılıblar.