Noxud qida baxımından çox zəngin olsa da, bişirilmədən əvvəl uzun müddət isladılmalı olduğu üçün bəzən çətinlik yaradır.
E-saglam.az xəbər verir ki, lakin sadə bir üsulla bu prosesi sürətləndirmək mümkündür.
Bişirmə suyuna çörək sodası əlavə etmək noxudun liflərini tez parçalayaraq daha sürətli yumşalmasına kömək edir. Bu üsul, həmçinin noxudun digər inqrediyentlərin dadını daha yaxşı mənimsəməsinə şərait yaradır. Təxminən 30 dəqiqə bişirildikdən sonra noxud istənilən tutarlılığa çatır.
Noxud kompleks karbohidratlar, yüksək protein və lif mənbəyi kimi sağlam qidalanmada vacib rol oynayır. Tərkibindəki vitamin və minerallar orqanizm üçün faydalıdır. Antioksidantlarla zəngin olması isə xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Tərcümə: Könül Oruc