1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Banqladeşin təhlükəsizlik qüvvələri ölkəni bürümüş iğtişaşlar, vandalizm və talanlar ilə mübarizə çərçivəsində 1 300-dən çox insanı həbs edib.
Oxu.Az "The Daily Star" qəzetinə istinadla xəbər verir ki, bu barədə Banqladeşin müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb:
"Əməliyyat ölkəni var qüvvəsi ilə sabitsizləşdirmək istəyənlərə qarşı yönəlib. Nə qədər ki, bütün şeytanların kökü kəsilməyib mübarizə davam edəcək".
Bildirilir ki, Banqladeşdə iğtişaşlara keçmiş hakim "Avami liq" partiyasının əleyhdarları tərəfindən təşəbbüs göstərilir.
Qeyd edək ki, fevralın 6-na keçən gecə Dəkkədə hərbi çevriliş nəticəsində Banqladeşin öldürülən ilk prezidenti Mucibura Rəhmanın ev muzeyi və onun qızının iqamətgahı talan edilərək yandırılıb. Kütlə "Avami liq"in bağlanmasını tələb edib.
Xatırladaq ki, 2024-cü il avqustun 5-də hökumət əleyhinə nümayişlər fonunda Banqladeşin baş naziri Şeyx Hasin istefaya gedərək ölkəni tərk edib. Ona və hökumətinə qarşı etirazlarda yüksək işsizlik səviyyəsindən və perspektivin yoxluğundan narazı olan tələbələr iştirak ediblər.