AZ

Bölgələrdə tikilən evləri almağa kimlər maraq göstərir? - ARAŞDIRMA

Daşınmaz əmlaka yatırım etmək istəyənlər artıq Bakıya yox, daha çox turizm bölgələrinə üz tuturlar.

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov da bu fikri təsdiqləyir. Ekspert deyir ki, turizm bölgələrində son zamanlar həyət evi, villa tikənlərin və alanların sayı artıb. Bu tikililər daha çox bölgələrə səfər edən yerli və xarici turistlərə kirayə verilir.

Ekspert deyir ki, bu hal həm bölgələrə səfər edən turistlərə alternativ qalma yerləri yaradır, həm də orada yaşayan sakinlərə əlavə gəlir gətirir.

Qeyd edək ki, vətəndaşlar və sahibkarlar daha çox İsmayıllı, Qəbələ, Quba, Qusar, Göygöl və Şamaxı rayonlarında daşınmaz əmlak almağa və ya tikdirməyə maraq göstərirlər.

Seçilən
35
2
valyuta.az

3Mənbələr