AZ

Ronaldo "Əl-Nasr"da qalacaq?

Kriştiano Ronaldo "Əl-Nasr"la yeni müqavilə imzalayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2026-cı ilə qədər yeni müqavilə imzalayacaqlar.

Əvvəlki müqavilənin müddəti 2025-ci ilin yayında başa çatır.

Kriştianonun maaşı illik 200 milyon avro olacaq.

Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 18 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
27
operativmm.az

1Mənbələr