Kriştiano Ronaldo "Əl-Nasr"la yeni müqavilə imzalayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2026-cı ilə qədər yeni müqavilə imzalayacaqlar.
Əvvəlki müqavilənin müddəti 2025-ci ilin yayında başa çatır.
Kriştianonun maaşı illik 200 milyon avro olacaq.
Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 18 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.