AZ

Bərdə sakinindən 3 kq tiryək götürülüb

Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.

Onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Seçilən
71
15
sherg.az

10Mənbələr