AZ

“Alman kuklası”nın çıxışlarını AzTV-də kim kəsib?

“Anam televizor qarşısına keçib, oturub baxırdıq və gözləyirdik ki, həmkarım Yalçın Rzayevdən  sonra mənim oxumağımı göstərəcəklər. Oxudular, rəqs etdilər, konsert bitdi, amma məni göstərmədilər”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri uzun zamandır efirlərdən kənar gəzən Nisə Qasımova deyib.

Xalq artist bildirib ki, illər əvvəl AzTV-dəki çıxışları efirdən çıxarılıb:

“Anamla bir-birimizə baxa-baxa qaldıq. Çıxışımı konsert proqramından montaj edib çıxartmışdırlar. Nə olsun ki, anamdır. Onun yanında pərt oldum, yalançı çıxdım. Geyin, get, çəkiliş olsun, sevinə-sevinə qayıtvə sonda... Bu hadisələr illərlə davam etdi. Sadəcə anama görə məyus oldum”.

Nisə Qasımova əlavə edib: “Zamanında müğənni kimi çox tez qəbul olundum və sevildim. Mənə “alman kuklası” deyirdilər. Azərbaycanda ilk sarışın müğənni idim. İlk müğənni idim ki, həm estrada, həm də muğam oxuyurdum. Bu sənətə qolum, qabırğam kəsilə-kəsilə gəldim. Amma öz ayaqlarım üzərində dik dayandım. Mən bütün bu çətinliklərə alışdım”.


Telegram kanalımız
Seçilən
11
2
yenisabah.az

3Mənbələr