AZ

Dünya Bankının regional direktoru: "Azərbaycan təsiredici nailiyyətlər əldə edib, ölkənin böyük potensialı var"

Azərbaycan 30 il ərzində adambaşına düşən gəliri 60 dəfə artırıb.

“Report” xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bankının 2024-cü il üzrə illik qlobal "Dünyanın İnkişafı haqqında Hesabat"nın (WDR) təqdimatı zamanı bildirib.

"1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir cəmi 110 ABŞ dolları təşkil edib. 2023-cü ildə ölkə orta gəlirli iqtisadiyyata çevrilib və bu göstəricini Atlas metodu ilə (adambaşına düşən milli gəlirin hesablanması üçün istifadə olunur) 60 dəfə artıraraq 6,66 min ABŞ dollarına çatdırıb. Azərbaycan bu nəticəyə nail olmaq üçün təbii resurslarından uğurla istifadə edib və bu, şübhəsiz ki, təsiredici nailiyyətdir", - o qeyd edib.

R.Prays vurğulayıb ki, Azərbaycanın ambisiyaları xeyli yüksəkdir: "Yüksək gəlirli ölkəyə çevrilmək üçün təkcə fiziki infrastruktura investisiya yatırmaq deyil, həm də insan kapitalının inkişafına, istedadların saxlanılmasına və iqtisadi diversifikasiyanı təşviq edəcək institutların gücləndirilməsinə xüsusi diqqət yetirmək lazımdır".

Seçilən
5
report.az

1Mənbələr