Yaponiyanın baş naziri Şigeru İşiba ABŞ prezidenti Donald Trampa Ningyouno Hanafusa Co şirkətinin istehsalı olan qızıldan hazırlanmış kabuto samuray dəbilqəsini hədiyyə edib. Bildirilib ki, hədiyyə ideyası cənab İşibaya yapon hərbi liderindən bəhs edən Amerika serialı “Şoqun”un populyarlığı səbəbindən gəlib. Qeyd edək ki, Yaponiyanın baş naziri Donald Trampla şəxsən görüşmək üçün ABŞ-yə səfər edən ikinci dünya lideri oldu. Vaşinqtona ilk səfər edən İsrail hökumətinin başçısı Benyamin Netanyahu olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta