AZ

Azərbaycan Rusiya üçün vacib tranzitdir: La Gazette du Caucase Şimal-Cənub dəhlizi haqda

Bakı. Trend:

Azərbaycan Rusiyanın iqtisadi strategiyasında, xüsusilə ticarətvə tranzit məsələlərində getdikcə daha vacib rol oynayır.

Trend xəbərverir ki, bu barədə Fransanın “La Gazette duCaucase” onlayn nəşrində məqalə dərc olunub.

Məqalədə Rusiyanın iqtisadi və geosiyası hesablamalarındakı,xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi kontekstində artanəhəmiyyəti vurğulanıb. Azərbaycan ərazisindən keçən Şimal-Cənubdəhlizi Rusiya, İran və İran körfəzi ölkələri arasında ticarət üçünəsas marşrut kimi qeyd olunub.

Məqalədə o da qeyd olunur ki, bu dəhliz Rusiya ticarəti üçünmühüm alternativə çevrilib, çünki ölkə Qərbin sanksiyalarısəbəbindən ənənəvi dəniz marşrutlarında məhdudiyyətlərlə üzləşir.“La Gazette du Caucase” yazır ki, “Dəhliz Rusiyanın Qərbinsanksiyaları fonunda getdikcə daha düşməncəsinə olmuş ənənəviticarət marşrutlarından yan keçməsinə imkan verir.

Rusiya üçün Azərbaycan sadəcə tranzit qovşağı deyil, həm də“əsas bazarlara çıxışı təmin edən həyati əhəmiyyətli tərəfdaşdır”.Bu dəhliz rus mallarının o cümlədən, “enerjiresurları, avadanlıq vəxammalın” İrana və Yaxın Şərq regionuna tədarükünü təmin edir vəonu regionun ən vacib bazarlarına çıxışı baxımından xilasedici birhalqaya çevirir.

Bununla yanaşı, nəşr xəbərdarlıq edir ki, Rusiya ilə Azərbaycanarasında münasibətlərin korlanması ciddi fəsadlara yol açabilər.

“İki ölkə arasında münasibətlər pisləşsə, Rusiya iqtisadiyyatıbunun ağır fəsadlarını hiss edəcək, xüsusilə ən vacib ticarətmarşrutlarına çıxış, enerjidaşıyıcılarının tədarükü və regiondageosiyasi təsirlər nöqteyi-nəzərindən”, - məqalədə qeyd olunur.

La Gazette du Caucase həmçinin qeyd edir ki, “əgər AzərbaycanRusiyanın nəqliyyat infrastrukturundan istifadə imkanlarını azaltsavə ya bloklasa, Rusiya ilə İran arasındakı ticarət axını ciddişəkildə pozulacaq”. Bu isə Moskvanı “daha bahalı və daha azsəmərəli alternativlər” axtarmağa məcbur edəcək ki, bu da xərclərinartımına və iqtisadi inkişafın ləngiməsinə gətirib çıxaracaq.

Bundan əlavə, münasibətlərin pisləşməsi Rusiyanın regiondakımövqelərini zəiflədə bilər.

“Rusiyanın Cənubi Qafqazdakı mövqeləri sarsılacaq və bu, Qərb vəÇin də daxil olmaqla, digər qlobal güclərin təsirinin artması üçünimkanlar açacaq”, – nəşr qeyd edir. Azərbaycanın nəqliyyatmarşrutlarına məhdud çıxış Rusiyanı “daha uzun, bahalı vəetibarsız” alternativlərdən istifadə etməyə vadar edəcək ki, bu dagələcəkdə Rusiyanın ixracını “beynəlxalq bazarda daha azrəqabətədavamlı” edəcək.

Məqalədə eyni zamanda, Azərbaycanın Rusiya və regionun digəroyunçuları, məsələn Qazaxıstan və Türkmənistanla birləşdirən zəncirkimi oynadığı rol vurğulanır. Bakı ilə əlaqələrin zəifləməsiMoskvanın regionda strateji təsirini itirməsinə səbəb olabilər.

“La Gazette du Caucase” Şimal-Cənub dəhlizini sıradan birtranzit marşrutu kimi yox, “enerjidaşıyıcılarının ixracı üçün əsaskanal və geosiyasi təsir baxımından strateji aktiv” kimi nəzərdənkeçirir. Nəşr məqaləni xəbərdarlıqla yekunlaşdırır:

“Rusiya Azərbaycanla münasibətlərə xələl gətirsə və əlaqələrikəssə, bunun iqtisadi fəsadlarını dərhal və ciddi şəkildə hissedəcək”.

Məqalədə:
Seçilən
18
4
az.trend.az

5Mənbələr