AZ

Əksər amerikalılar Trampın vəzifəsinin ilk həftələrindən razı qalıb

Sorğuda iştirak edən amerikalıların əksəriyyəti ABŞ prezidenti Donald Trampın öz vəzifəsində yaxşı işlədiyinə inanır...

Poliqon xəbər verir ki, bu, CBS telekanalının YouGov ilə birgə keçirdiyi sorğunun nəticəsidir.

Respondentlərin 53%-i Donald Trampın "prezident kimi işini idarə etmə tərzini" dəstəklədiyini bildirib. Sorğu iştirakçılarının 47%-i Trampın dövlət başçısı kimi hərəkətlərinin yanlış olduğunu düşünür.

Sorğuda iştirak edən amerikalıların 58%-i də Trampı "effektiv" adlandırıb, 24%-i isə əksini bildirib. Respondentlərin 55%-i prezidenti "səriştəli" hesab edib, 45%-i isə əks fikirdədir.

Donald Tramp vəzifədə olduğu ilk üç həftədə prezidentliyin ilk 100 günündə əvvəlki administrasiyalar tərəfindən verilən icra sərəncamlarının və ləğv edilən sərəncamların sayına görə rekord qırıb. Tramp artıq 54 icra sərəncamı imzalayıb ki, bu da ABŞ-a 1945-ci ildən 1953-cü ilədək rəhbərlik etmiş keçmiş prezident Harri Trumandan sonra vəzifədə olduğu ilk 100 gündə imzaladığı hər hansı prezidentdən çoxdur.

Poliqon.info

 

Seçilən
8
1
poliqon.info

3Mənbələr