AZ

Nemət Pənahlının maşını müsadirə olundu

Fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının dövlətə vergi borcu yaranıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu səbəbdən partiya sədrinin şəxsi avtomobili müsadirə olunaraq, hərraca çıxarılıb.

N.Pənahlının “Toyota Land-Kruser” markalı avtomobili vergi ödəyicilərinin siyahıya alınmış əmlakları sırasında qeyd olunub.

Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.

Xidmətin məlumatında qeyd olunub ki, Pənahlı Nemət Əhəd oğluna məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Land-Kruser” avtomobili hərracda satılacaq.

Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.

Siyasətçinin məşğul olduğu biznes sahəsi, vergi borcunun necə yaranması və məbləği barədə məlumat yoxdur.

Məsələyə aydınlıq gətirmək üçün N.Pənahlı ilə əlaqə saxlamağa çalışılsa da, o, zənglərə cavab verməyib.

Qeyd edək ki, N.Pənahlının rəhbərlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.

Seçilən
17
6
axar.az

8Mənbələr