AZ

Futbolçumuz Türkiyədə klubunu dəyişdi

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

Publika.az xəbər verir ki, yarımmüdafiəçi çıxış etdiyi Birinci liqanın “Bandırmaspor” komandasından ayrılaraq eyni çempionatda mübarizə aparan “Çorum” klubuna keçib. Bu barədə “Çorum Haber” məlumat yayıb.

30 yaşlı futbolçunun yeni klubu ilə 1,5 ilik müqavilə imzaladığı bildirilir.

“Çorum” hazırda 23 oyundan 35 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.

Seçilən
5
publika.az

1Mənbələr