ABŞ Prezidenti Donald Tramp bazar günü jurnalistlərə deyib ki, o, ABŞ-nin polad və alüminium idxalına 25%-lik rüsumlar elan etməyi planlaşdırır.
Sfera.az CNN-ə istinadən xəbər verir ki, Tramp yeni tariflərin nə vaxt qüvvəyə minəcəyi barədə təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, Tramp ilk prezidentlik dövründə də oxşar addımı atmışdı. 2018-ci ildə, Tramp polad idxalına 25%, alüminium idxalına isə 10% rüsum tətbiq etmişdi.
ABŞ hər il avtomobil, aerokosmik, neft istehsalı, tikinti, yollar və körpülər də daxil olmaqla müxtəlif sahələrdə ehtiyac duyulan hissələrin istehsalı üçün on milyonlarla ton polad və alüminiumdan istifadə edir. Ekspertlər deyir ki, Trampın bu addımında məqsəd idxal olunan polad və alüminiumun maya dəyərini artırmaq, bununla da yerli istehsalı təşviq etməkdir.
Amma bu rüsumlar ABŞ-nin polad və alüminimum idxalını azaldacağından dünyada polad və alüminium qiymətlərində enmə müşahidə olunacaq. Bu dəyişiklik polad və alüminium ixracatçılarının gəlirinin azalması ilə nəticələnəcək.
Vasif