AZ

Dünya Bankı: "Azərbaycan "üç İ" prinsipinə riayət etməklə yüksək gəlirli ölkələr qrupuna daxil ola bilər"

Azərbaycan investisiya, biliklərin yayılması və innovasiyaya əsaslanan strategiya ilə yüksək gəlirli ölkələr qrupuna keçə bilər.

FED.az xəbər verir ki, bunu Dünya Bankının (WB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bankın 2024-cü il üzrə "Dünyanın inkişafı haqqında hesabat"ın (WDR) təqdimatı zamanı bildirib.

R.Prays vurğulayıb ki, təhsil və səriştələrin inkişafı innovasiyaların stimullaşdırılması və məhsuldarlığın artırılmasında mühüm rol oynayır.

“Hesabatımızda “üç İ” prinsipi - investisiya, infuziya (qabaqcıl bilik və texnologiyaların yayılması) və innovasiya təqdim edilib. Bunlar xüsusi diqqət yetirdiyimiz üç əsas aspektdir. Birincisi, hesabat ölkələri həm daxili, həm də xarici investisiyaların cəlb edilməsi üçün investisiya mühitini yaxşılaşdırmağa çağırır. Eyni zamanda, sürətlə dəyişən qlobal iqtisadiyyatda tələb olunan bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılması üçün təhsilin keyfiyyətinin artırılması və peşə hazırlığı proqramlarının inkişafı vacibdir”, - deyə o bildirib.

R.Prays qeyd edib ki, ikinci vacib məsələ əlverişli investisiya mühitini yeni ideyaların cəlb edilməsi və yayılması ilə tamamlamadır.

Onun sözlərinə görə, qlobal bazarlara inteqrasiya vasitəsilə bazar liderləri arasında rəqabəti təmin etmək böyük əhəmiyyət daşıyır: “Əlverişli biznes mühitinin yaradılması və qabaqcıl texnologiyaların yayılmasının stimullaşdırılması üçün səmərəli idarəetmə və güclü institutlar lazımdır”.

Üçüncüsü, hesabat ölkələrə tədqiqat və inkişafı dəstəkləməyi, sahibkarlığın inkişafını təşviq etməyi və texnologiyaların fəal tətbiqi üçün şərait yaratmağı tövsiyə edir. “Rəqabət və bərabər biznes mühiti həm biliklərin yayılmasını, həm də innovasiyaların stimullaşdırılmasını sürətləndirən əsas amillərdir. Fikrimcə, bütün bunlar Azərbaycanın orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməsi üçün mühüm imkanlar yaradır”, - deyə R. Prays əlavə edib.(Report)

Seçilən
25
1
fed.az

10Mənbələr