AZ

“Xarici agent” Morqenşterndən ağlasığmaz addım!

Ölkəsində “xarici agent” statusu aldıqdan sonra Rusiyadan didərgin düşən qalmaqallı və epotajlı repçi Alişer Taqiroviç Morqenştern görünüşündə dəyişikliyə başlayıb.

OLAY yazır ki, sənətçi illər əvvəl alnına döydürdüyü döymələri silib. 

Hazırda psixoloji vəziyyəti ilə bağlı reabilitasiyada olan Morqenştern bazar ertəsi yeni həyata başlamaq qərarına gəlib. 

7,4 milyon izləyicisi olan instaqram hesabındakı bütün yazıları silən musiqiçi bütün döymələrini silmək niyyətində olduğunu açıqlayıb.

Sözlərini sübut etmək üçün Morqenştern bədənindəki döymələrdən qurtulduğu bir video yayımlayıb. 

“Təmiz vərəqdən, təmiz üzdən”, - deyə repçi paylaşımına qısa və mənalı şərh yazıb.

Seçilən
18
olay.az

1Mənbələr