AZ

“Kursk vilayətində Ukraynanın əksər döyüşçüləri məhv edilib” - “Axmat”ın komandiri

Çeçenistanın “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Apti Alaudinov 2024-cü ilin avqustunda Kursk vilayətinə daxil olan Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin əksəriyyətinin məhv edildiyini açıqlayıb.

Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.

O qeyd edib ki, Ukrayna tərəfi Kursk yaxınlığında böyük itki verib: “Hazırda Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində yerləşən birləşmələri əsasən səfərbər edilmiş şəxsi heyətdən formalaşır. Buna baxmayaraq, biz vaxtaşırı Ukrayna Silahlı Qüvvələrinin digər bölmələrinin və xüsusi təyinatlı hissələrinin, həmçinin xarici legion da daxil olmaqla görünüşünü qeydə alırıq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr