AZ

“Qiyamət çarpayısı” - Zəlzələ və fəlakətlər zamanı ölməyə son! Türkiyədə də...

Dünyada baş verən zəlzələlər, sürüşmələr və digər təbii fəlakətlər insan həyatına ciddi təhlükə yaradır. Xüsusilə, son illərdə Türkiyə və digər ölkələrdə baş verən güclü zəlzələlər zamanı insanların müdafiəsiz qalması, vaxtında təhlükəsiz yerə sığınmaq imkanlarının məhdud olması bu sahədə yeni texnologiyaların inkişafına səbəb olub.

Musavat.com xəbər verir ki, artıq “qiyamət çarpayısı” adlandırılan xüsusi təhlükəsizlik sisteminə malik çarpayıların istehsalına başlanılıb.

Bu innovativ çarpayılar müəyyən gücdən yuxarı olan zəlzələlər zamanı avtomatik aktivləşir və üzərində yatan şəxsi xüsusi qoruyucu bölməyə salır. Bölmənin daxilində isə insanların bir neçə gün sağ qalması üçün su, oksigen və tibbi ləvazimatlar mövcuddur.

Bu çarpayıların alt hissəsi xüsusi möhkəmləndirilmiş metal konstruksiyadan hazırlanıb və tonlarla yükə davamlıdır. Bu da onların zəlzələ və dağıntılar zamanı sıradan çıxmasının qarşısını alır. Mütəxəssislər hesab edirlər ki, belə texnologiyaların geniş yayılması seysmik aktiv bölgələrdə insan itkilərinin azalmasına mühüm töhfə verə bilər.

Hazırda bu tip çarpayıların müxtəlif testləri aparılır və yaxın gələcəkdə onların bazara çıxarılması gözlənilir. Fəlakətlərə qarşı yeni bir qorunma vasitəsi kimi təqdim olunan bu texnologiyanın geniş yayılması isə zaman məsələsidir.

Seçilən
14
ekologiya.az

1Mənbələr