AZ

Klub prezidenti stadionun monitorunu qopardı - VİDEO

“Adana Demirspor”un prezidenti Murat Sancak ötən gün “Qalatasaray”la keçirilən oyunda stadionun oturacaqlarındakı monitoru yerindən qoparıb. 

“Cebheinfo.az” xəbər verir ki, buna səbəb matçın baş hakimi Oğuzhan Çakırın onların qapısına 12-ci dəqiqədə penalti təyin etməsidir. 

M.Sancak referinin qərarına etiraz olaraq monitoru yerindən qoparıb. Yanındakılar isə onu sakitləşdirməyə çalışıb. 

Qeyd edək ki, “Qalatasaray” – “Adana Demirspor” matçı 30-cu dəqiqədə yarımçıq dayandırılıb. Klubun prezidenti Murat Sancak hakim qərarlarına etiraz olaraq komandasından meydanı tərk etmələrini tələb edib. 

“Adana Demirspor” meydanı tərk edərkən isə hesab 1:0 “Qalatasaray”ın xeyrinə olub. 

“Cebheinfo.az”

Seçilən
21
5
cebheinfo.az

6Mənbələr