AZ

“Kimsə öldüyümüzü düşünürsə, onlara deyin ki, biz hələ sağıq”

“Barselona”nın müdafiəçisi İnyiqo Martines “Sevilya” ilə oyundan (4:1) sonra komandasının cari mövsüm La Liqadakı çıxışını dəyərləndirib.

Msport.az xəbər verir ki, futbolçu qarşılarına ciddi hədəflər qoyduqlarını bildirib:

“Əgər kimsə öldüyümüzü düşünürsə, onlara deyin ki, biz hələ sağıq. Bizim ambisiyalarımız var və onlara nail olmaq istəyirik”.

“Barselona” La Liqada 48 xalla 3-cü pillədə qərarlaşıb. Kataloniya təmsilçisi lider “Real”dan 2 xal geri qalır.

Seçilən
35
msport.az

1Mənbələr