AZ

Dembele ötən ayın ən yaxşısı seçilib

PSJ-nin yarımmüdafiəçisi Usman Dembele ötən ayın nəticələrinə əsasən Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Yanvarda cinah oyunçusu Paris nəhəngləri üçün dörd matçda iştirak edib və səkkiz qol vurub. Cari Fransa çempionatında 27 yaşlı yarımmüdafiəçi 19 oyun keçirib. Usman 16 qol vurub, 4 məhsuldar ötürmə edib. Liqa 1-in 21 turundan sonra PSJ-nin 53 xalı var və turnir cədvəlində birinci yerdədir. Luis Enrikenin yetirmələri ikinci yerdə qərarlaşan "Marsel"dən on xal öndədir.

Seçilən
18
90deqiqe.az

1Mənbələr