AZ

Citi neft qiymətlərinin düşəcəyini gözləyir

Qlobal investisiya bankı Citi, Brent markalı neftin qiymətinin 2025-ci ilin ikinci yarısında düşəcəyini gözləyir.

Marja xəbər verir ki, ABŞ prezidenti Donald Trampın həyata keçirdiyi ticarət siyasətlərinin gec-tez neft bazarına aşağı yönlü təsir göstərəcəyinə inanmağa davam etdiklərini qeyd edən Citi, 2025-ci ilin ikinci yarısında Brent markalı neftin qiymətinin 60-65 dollar aralığına düşəcəyini gözləyir.

Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, beynəlxalq bazarlarda ən yaxın ödəmə tarixi olan Brent markalı neftin barel qiyməti dünənlə müqayisədə 0,70 faiz artaraq 75,17 dollar təşkil edir.

Goldman Sachs: Trampın tarifləri neft və qaz qiymətlərinə məhdud təsir göstərəcək

Digər qlobal investisiya bankı Goldman Sachs, ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən idxala tətbiq etdiyi yeni tariflərin qlobal neft və qaz qiymətlərinə qısamüddətli məhdud təsir göstərəcəyi gözləyir. Goldman Sachs tərəfindən dərc edilən məlumatda, tariflər ilə əlaqədar olaraq ABŞ-ın Kanadadan təbii qaz idxalının azaldılmasının ABŞ-də təbii qaz qiymətlərini əhəmiyyətli dərəcədə artırmayacağı bildirilib.

Ötən həftə Goldman Sachs  Brent markalı neftin 2024 və 2026-cı illər üçün qiymət proqnozlarını müvafiq olaraq 78 dollara (əvvəlki təxmin 76 dollar) və 73 dollara (əvvəlki təxmin 71 dollar) qədər yenidən nəzərdən keçirib.

Goldman Sachs, qlobal neft hasilatı və tələbinin sabit qaldığını və Kanadaya tətbiq edilən gömrük rüsumunun tarifininin artıq qiymətlərə əks olunduğunu vurğulayıb. 

Seçilən
32
marja.az

1Mənbələr