AZ

Ağdərəyə köç başlayır

Azərbaycanın işğaldan azad olunmuş Ağdərə rayonuna köç başlayır.
 
Moderator.az-ın əldə etdiyi xəbərə görə, ilk köç rayonun Həsənriz kəndinə olacaq.
 
Adıçəkilən yaşayış məntəqəsində təmir-bərpa işləri yekunlaşıb, zəruri infrastruktur yaradılıb.
 
Həsənrizə köçürüləcək sakinlərə evlər yaxın günlərdə püşkatma yoluyla paylanılacaq.
 
Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad olunub. 1992-ci ildə ləğv edilərək Ağdərə rayonu 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa edilmişdi.
Seçilən
7
2
moderator.az

4Mənbələr