AZ

Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu YENİLƏDİ

Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçış üzrə ölkə rekordunu yeniləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
İdmançı fevralın 8-də baş tutmuş yarışda 1:59.72 dəqiqə nəticə ilə U-18 yaş kateqoriyasında bu növ üzrə Azərbaycan rekordunu yeniləyib.
 
Federasiyadan rekordun təsdiqlənmə prosesində olduğu bildirilib.
Seçilən
7
8
moderator.az

10Mənbələr