Son günlər Bakı-Tiflis-Bakı qatarının fəaliyyətə başlaması ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev Ajans.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda xüsusi karantin rejimi davam edir və quru sərhədlər bağlıdır. Buna görə də beynəlxalq istiqamətdə sərnişindaşıma fəaliyyəti dayandırılmış vəziyyətdədir.