Azərbaycanın işğaldan azad olunmuş Ağdərə rayonuna köç başlayır.
Publika.az xəbər verir ki, ilk köç rayonun Həsənriz kəndinə olacaq.
Adıçəkilən yaşayış məntəqəsində təmir-bərpa işləri yekunlaşıb, zəruri infrastruktur yaradılıb.
Həsənrizə köçürüləcək sakinlərə evlər yaxın günlərdə püşkatma yoluyla paylanılacaq.