Azərbaycanın işğaldan azad olunmuş Ağdərə rayonuna köç başlayır.
Ekologiya.az-ın əldə etdiyi xəbərə görə, ilk köç rayonun Həsənriz kəndinə olacaq.
Adıçəkilən yaşayış məntəqəsində təmir-bərpa işləri yekunlaşıb, zəruri infrastruktur yaradılıb.
Həsənrizə köçürüləcək sakinlərə evlər yaxın günlərdə püşkatma yoluyla paylanılacaq.
Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad olunub. 1992-ci ildə ləğv edilərək Ağdərə rayonu 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa edilmişdi.