Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmaqla, Azərbaycan ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlər “Azərişıq” ASC-yə həvalə edilib
“Qafqazinfo” xəbər verir ki, bu il “Azərişıq” ASC-nin yaranmasının 10 ili tamam olur.
Bu münasibətilə Beyləqan RİH-in başçısı Əziz Əzizov, müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və Beyləqan Elektrik Şəbəkəsinin rəhbərliyi və əməkdaşları ilə birlikdə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Həmçinin yaranmasının 10 illiyi münasibətilə “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən Beyləqan rayon sakini, şəhid anası Əliyeva Ağgül Alı qızına televizor hədiyyə edilib. Hədiyyə şəhid anasına yaşadığı evdə Beyləqan RİH-in başçısı Əziz Əzizov tərəfindən təqdim edilib.
![](https://qafqazinfo.az/uploads/1739181903/2.png)
![](https://qafqazinfo.az/uploads/1739181903/3.png)
![](https://qafqazinfo.az/uploads/1739181903/4.png)
![](https://qafqazinfo.az/uploads/1739181903/5.png)
![](https://qafqazinfo.az/uploads/1739181903/6.png)
![](https://qafqazinfo.az/uploads/1739181903/7.png)
![](https://qafqazinfo.az/uploads/1739181903/8.png)