AMEA, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin nanəcib əməlini ört-basdır etmək üçün italiyalı professor, semiotik, tərcüməşünas alim Bruno Osimoya ünvanladığı gizli məktub üzə çıxıb. Məktubda diqqət Nadir Məmmədlinin elmi oğurluq faktından yayındırılır, tamam başqa mövzularla manipulyasiya edilir, onun Azərbaycan dövlətində yüksək vəzifə tutduğu vurğulanır. Daha sonra sanki heç nə olmamış kimi italiyalı alimə elmi əməkdaşlıq təklif edilir. Fəndi anlayan italiyalı alim təəccüb və təəssüf içindədir.
Məktubun tərcüməsini nəzərinizə çatdırırıq:
“Hörmətli professor Osimo,
Sizə Azərbaycanın əsas dövlət dil idarəsinin direktoru, professor Nadir Məmmədli adından yazıram. Professor (Nadir Məmmədli) universitet tələbələri üçün nəzərdə tutulmuş və kommersiya məqsədi güdməyən kitab yazıb.
O, İtaliyada türk dili kafedralarının mövcudluğundan xəbər tutaraq, bu əsəri italyan dilinə tərcümə etmək və 30 nüsxə çap etmək qərarına gəlib.
Azərbaycanda sahəyə verdiyiniz töhfəni nəzərə alaraq, professor Məmmədli sizə dərin rəğbət bəsləyir və kitabın redaktoru kimi sizi qeyd etmək istərdi.
Bir daha vurğulayıram ki, layihə qeyri-kommersiya xarakterlidir və yalnız təhsil məqsədi daşıyır.
Əlavədə kitabın PDF variantına sizə göndərirəm. Əgər siz razı olsanız onu tələbələrə paylaya bilərik.
Əgər təklif sizə maraqlıdırsa və onun təfərrüatları haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə mənim e-mail ünvanıma yazmağı və ya +39 347 250 3220 nömrəsi ilə əlaqə saxlamağı xahiş edirəm.
Əvvəlcədən təşəkkür edir və cavabınızı gözləyirəm.
Hörmətlə,
Ulya Məmmədli”
P.s. 3 fevral 2025 tarixi və 6 fevral 2025-ci il tarixlərində professor B.Osimonun ayrı-ayrı e-mail ünvanlarına göndərilən bu məktub onu göstərir ki, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli nəinki öz əməlindən peşman deyil, və bu rüsvaçılığa görə üzr istəmək niyyətində deyil, əksinə öz nanəcib hərəkətini hər yolla ört-basdır etmək niyyətindədir
Gunel Bayramova, italyanşünas, filologiya elmləri doktoru
Demokratikmusavat.com