AZ

Nikolay Valuyevin Azərbaycan əleyhinə işlətdiyi təhqiramiz ifadələ tamamilə qəbuledilməzdir - XİN

Bakı. Trend:

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizmkomitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycanvə xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşıtəhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.

Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onunadı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərinsiyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağaqoyulub.

Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasınındeputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrəilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanınsuverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən RusiyaFederasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə işKomitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsikomitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda“arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.

Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyətgöstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan“Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.

Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqınaqarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizinqanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlaratılacaqdır.

Seçilən
44
45
az.trend.az

10Mənbələr