AZ

Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq

Keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və istifadəsi ilə bağlı elan olunan müsabiqə martın 4-də başa çatacaq.

Bu barədə "Report"a Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, müsabiqə üçün müraciətlər davam edir:

"Hazırda müsabiqəyə 85-dən çox müraciət qeydə alınıb. Düşünmürəm ki, onların hamısı iştirak mərhələsinə də qatılacaq. Yəqin ki, işlə tanışlıqdan sonra ümumi say bir az azalacaq. Martın 4-ü müraciət üçün sonuncu qəbul tarixidir, bundan sonra münsiflər heyəti dəyərləndirmə aparacaq".

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş “Dostluq” kinoteatrının binası 50-ci illərdə o zamanların qaydalarına uyğun olaraq, eyni tipli layihə əsasında inşa olunsa da, təxminən 90-cı illərin ortalarından binada kinofilmlərin nümayişi dayandırılıb və uzun illər boyu bina istifadəsiz qalıb.

Kinoteatrın yenidən qurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə Azərbaycan Memarlar İttifaqı tərəfindən 2024-cü ilin dekabrında açıq müsabiqə elan olunub.

Seçilən
28
3
report.az

5Mənbələr