AZ

Tramp Amerikanı hara aparır?

Ekspertlərin fikrincə, son dövrlərdə Donald Trampın verdiyi açıqlamalar və atdığı addımlar sadəcə siyasi manevr yox, həm də ABŞ-nin iqtisadi və diplomatik böhranının üstünü örtmək üçün bir taktikadır. 

Ekspertlər  ABŞ-nin yaxın zamanda böyük bir iqtisadi böhranla üz-üzə qalacağını proqnozlaşdırırlar. Belə bir vəziyyətdə Tramp gündəmi fərqli istiqamətə yönəltmək üçün Qəzza, Ukrayna, Çin və Avropa Birliyi ilə olan gərginliyi artırmağa çalışır.

"Amerika Birləşmiş Ştatlarında yaxın gələcəkdə böyük bir iqtisadi böhran yaranacaq. Amerikanın xarici borcları artıq ödənilməsi mümkün olmayan bir həddə gəlib və bununla əlaqədar yaxın zamanda fövqəladə vəziyyət elan ediləcəyi gözlənilir. Tramp bu cür sensasiya yaradacaq açıqlamalarla gündəmi başqa istiqamətə yönəltməyə çalışır. Bu isə onun qarşısında çox ciddi problemlərin olduğunu göstərir".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer bildirib.

Ekspert hesab edir ki, Avropa Birliyi ilə olan münasibətlərinin gərginləşməsi , Qrenlandiya  məsələsi və Ukrayna ilə atdığı addımlar buna bir daha sübutdur:

"Bundan başqa, yaxın zamanda Türkiyə ilə münasibətlərin də pisləşməsi gözlənilir. Çünki Türkiyə, xüsusilə Qəzza məsələsində Ərdoğan rəhbərliyinin göstərdiyi səbrdən sonra daha sərt mövqe sərgiləyəcək.

Trampın dünyaya baxışı yalnız Qəzza ilə məhdudlaşmır. O, bütün dünyanı daşınmaz əmlak kimi görür. Bildiyiniz kimi, Donald Tramp bir əmlak manipulyatorudur və həyatını bu yolla qazanmış bir şəxsdir. Onun bu yanaşması dünyanı da belə qiymətləndirməsinə səbəb olur. Bu düşüncə tərzi Amerika Birləşmiş Ştatlarının demokratiya iddialarını ciddi şəkildə zədələyəcək. Onsuz da Amerika demokratiyasının dünyada çox populyar olmadığı düşünülür və Trampın yanaşması bu iddiaları tamamilə məhv edəcək."

"Özərin fikrincə, Qəzzanı bir daşınmaz əmlak layihəsi kimi, xüsusilə kürəkəni Jared Kuşnerin böyük bir otel layihəsi üçün ayrılmış torpaq kimi görməsi Trampın dünyaya baxışını açıq şəkildə göstərir. Bu yanaşma dünyada narahatlıq yaratsa da, Trampın özünə və ölkəsinə də böyük zərər verəcək".

Ekspert bildirib ki, "bir ölkənin vətəndaşlarını, o bölgənin xalqını bir münaqişə sonrası öz torpaqlarından qovulub və onların o torpağa qayıtmasına haqq verməmək böyük bir səhvdir: Bu, beynəlxalq hüquqdan xəbərsiz olan, beynəlxalq hüququ tanımayan, dünyaya öz baxış bucağı ilə, bir daşınmaz əmlak layihəsi kimi baxan bir düşüncənin nəticəsidir. 

Donald Trumpın hakimiyyəti sona çatdıqda, ABŞ-nin Yaxın Şərqdə artıq bir neçə monarxiya ölkəsindən başqa heç bir müttəfiqi qalmayacaq. Gedişata baxdıqda, ABŞ bütün regionda populyarlığını tamamilə itirəcək. Ən yaxın müttəfiqləri,özünü məsələn, Səudiyyə Ərəbistanında belə anti-Amerika hissiyatının yarandığı görünür. 

Nəticədə, Tramp öz ölkəsini məhv etmə yolunda əmin addımlarla irəliləyir. 

Bəlkə də bunun dünya üçün müsbət bir inkişaf olacağına inana bilərik."

Seçilən
24
cebheinfo.az

1Mənbələr