AZ

Sabiq nazir ittiham etdi: İsrail Yaxın Şərqdə gülüş obyektinə çevrilib

İsraildə milli təhlükəsizlik naziri vəzifəsindən istefa verən ifrat sağçı “Yəhudi Gücü” partiyasının lideri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahunun siyasətini tənqid edib.

Publika.az xəbər verir ki, Ben Qvir bu barədə yerli "Kol Barama" radiosuna danışıb.

O, ölkəsinin Yaxın Şərqdə gülüş obyektinə çevrildiyini iddia edib: "İsrail Yaxın Şərqdə gülüş obyektinə çevrilib və bunu indi anlayıb-anlamadığımızdan əmin deyiləm".

Ben-Qviryanvar ayında Netanyahu hökumətinin HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasını təsdiq etməsinə cavab olaraq istefa verdiyini xatırladıb:

"Təəssüf ki, hökumətdə Qəzzaya humanitar yardım göndərilməsinə qarşı çıxan yeganə şəxs mən idim. Amma 180 dərəcə dəyişiklik edə bilərdim".

Seçilən
11
publika.az

1Mənbələr